USD 1.7
10 °C

Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib

Oktyabr 10, 2024 12:13 / 292
Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib
A-
A
A+

Oktyabrın 4 -6 tarixləri arasında Rusiya Federasıyasının paytaxtı Moskva şəhərində Beynəlxalq Sağlamlıq Turizmi sərgisi keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirin əsas məqsədi ziyarətçiləri stendlərdə aparıcı xəstəxanalar, klinikalar, spa mərkəzləri və bu ölkələrin ən yaxşı tibb mütəxəssisləri ilə tanış etməkdən ibarət olub.

Türkiyə Palatalar və Birjalar İttifaqı, DEIK, Xidmət İxracatçıları Assosiasiyası və Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının dəstəyi ilə ALZ International tərəfindən təşkil olunan sərgi Radisson Slavyanskaya otelində reallaşdırılmıdır. Azərbaycan sağlamlıqb turizm sektorunu sözügedən tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasıyasının sədri Ruslan Quliyev və idarə heyətinin üzvü Aydın Məhərrəmli təmsil edib.

Sərgi müddətində AHTTSA stendində Azərbaycanda sağlamlıq turizmi imkanlarını, o cümlədən Naftalan, Duzdağ, Qalaaltı və digər təsislər haqqında ətraflı məlumatların əks olunduğu electron və reklam-çap məhsulları təqdim olunmuş və yerli mütəxəssislərin iştirakı ilə Azərbaycana 2025-ci ildə infoturların təşkil olunması nəzərdə tutulub.

Tədbirin ikinci günü Rysiya və MDB sağlamlıq turizm nümayəndələrinin iştirakı ilə B2B ikitərəfli peşəkar görüşlər təşkil olunub.

Oxşar xəbərlər